Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Texnologiya, patent, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması müsabiqələri üçün layihələrin hazırlanması üzrə treninq keçirilib
Qazaxıstanın Astana şəhərində “Elmi tədqiqat layihələrinin hazırlanması və texnoloji sahibkarlığın inkişafı” mövzusunda keçirilən beynəlxalq treninq-seminar başa çatıb. Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Beynəlxalq Elm, Texnologiya və İnnovasiya Mərkəzi (ISTIC) və Qazaxıstan Dövlət Elmi-Texniki Ekspertiza Milli Mərkəzinin (NCSTE) təşkilatçılığı ilə təşkil edilın tədbirdə Azərbaycan, Banqladeş, İndoneziya, Küveyt, Malayziya, Misir və digər ölkələrdən texnoloji sahibkarlıq, texnologiyaların kommersiyalaşdırılması, əqli mülkiyyət, patent hüququ və ETTKİ sahələri üzrə ixtisaslaşmış 31 nümayəndə iştirak edib.
Ölkəmizi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) Baş direktorun I müavini Mahir Muxtarov təmsil edib. EİM-dən verilən məlumata görə, treninq-seminarın əsas məqsədi bilavasitə texnologiya, patent, elmi tədqiqat və onların nəticələrinin kommersiyalaşdırılması müsabiqələrində iştirak üçün mükəmməl layihələrin hazırlanmasını öyrətmək idi:
“Həmçinin iştirakçılara elm və texnologiyanın inkişafına əsaslanan uğurlu biznesin yaradılmasının ardıcıllığı öyrədilib, elmi tədqiqat işləri, planlaşdırma, innovativ düşüncə tərzi, faydalı ideya, imkanlar, biznes model, biznes planlaşdırma, maliyyə və əqli mülkiyyət məsələlərinə dair mühazirələr oxunub. Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib”.
Həqiqət İSABALAYEVA
22/10/14 Çap et