Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyada hər onuncu cütlük etibarsızlığa görə “Facebook”da birgə hesab açır
“Metro” nəşri tədqiqata əsasən yazır ki, Britaniyada hər onuncu cütlük bir-birinə etibar etmədiyindən “Facebook” sosial şəbəkəsində birgə hesab yaradırlar. Sorğu zamanı məlum olub ki, britaniyalı cütlüklərin 11%-i bu sosial şəbəkədə ümumi səhifə açıb. Respondentlər bunu daha çox etibarsızlıqla izah ediblər.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Facebook”da 25-30 yaşlı cütlüklər arasında birgə hesablar daha çoxdur.
"Məsələn, əgər siz “Facebook”dan nəvələrinizin işini yoxlamaq üçün və ya ailə ilə əlaqədə olmaq istəyən yaşlı cütlüksünüzsə, “Facebook” sosial şəbəkəsində ümumi səhifənin açılması yaxşı ideya kimi görsənir. Amma gənc cütlüklər üçün belə hesabın açılması xoşagəlməz hadisədən xəbər verə bilər" – “VoucherCodesPro” layihəsindən sorğunu keçirmiş Svon Nik deyib.
Emil Hüseynov
22/10/14 Çap et