Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” parollara “müharibə” elan etdi


“Google” öz saytlarında fiziki USB açardan istifadəyə əsaslanan yeni ikimərhələli identifikasiya metodunu işə salıb. Yeni texnologiya ödənişsizdir, amma USB açarın qiyməti 6-60 dollar arasında təşkil edir. USB açarları “Amazon”un saytından satın almaq olar.

Bütün açarlar “FIDO Alliance” tərəfindən hazırlanmış “Universal 2nd Factor” (U2F) açıq protokolundan istifadə edir. Açarları sözügedən protokol dəstəyini əlavə edəcək istənilən saytda istifadə etmək mümkün olacaq.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, USB açarlar quraşdırma tələb etmir; saytda parolu daxil etdikdən sonra bu qurğunu kompüterin USB portuna salmaq kifayətdir. Bütün açarlar “Windows”, “OS X”, “Linux” və “Chrome OS” platformaları ilə işləyir. USB açarla işləmək üçün “Google Chrome 38” və yuxarı nömrəli  brauzerdən istifadə etmək lazımdır.


USB açarlardan istifadə tamamilə ödənişsizdir, ancaq istifadəçilər bu qurğuları satın almalıdırlar. Açarlar dizayn cəhətdən fərqlənir. 60 dollarlıq ən bahalı model “Java Card” texnologiyası ilə təchiz edilib.

"Google adətən hesaba daxil olmaq istədikdə telefon nömrəsinə təsdiqetmə göndərir ki, siz olduğunuza əmin olaq. Ancaq təcrübəli hakerlər istifadəçilərin təsdiqetmə kodunu ələ keçirmək üçün bəzən “Google”un saytının oxşarlarını yaradırlar. Aparat tokeni sizi belə hücumdan qoruyacaq, çünki giriş fiziki metodla həyata keçirilir" – şirkətdən bildirilib.


Emil Hüseynov




22/10/14    Çap et