Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dövlət Qulluğu Məcəlləsi” layihəsinin son versiyası iki internet resursda müzakirəyə çıxarılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə "Dövlət Qulluğu Məcəlləsi"nin layihəsinin son versiyasını hazırlayıb.
 
DQMK-dan verilən məlumata görə, məcəllə layihəsi həm komissiyanın rəsmi internet saytının (www.dqmk.gov.az) "Qanunvericilik və digər aktlar" bölməsinin "Normativ hüquqi aktların layihələri" altbölməsində, həm də "Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələri" portalında yerləşdirilərək ictimai müzakirəyə təqdim edilib.
 
Maraqlanan şəxslər "Dövlət Qulluğu Məcəlləsi"nin layihəsinə dair rəy və təkliflərini hər iki internet resurs vasitəsi ilə bildirə bilərlər.
 
CAHANGİR




23/10/14    Çap et