Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan İpoteka Fondu inventarizasiya prosesini avtomatlaşdırır


Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu inventarizasiya prosesini avtomatlaşdırır.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, avtomatlaşdırma işləri fondun əsas vəsaitlərinin illik inventarizasiyası məqsədilə keçiriləcək.

Bu məqsədlə fond xüsusi proqram təminatının alınmasını, quraşdırılmasını və ilkin inventarizasiya nəticələrinin fondun Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sisteminə miqrasiyasını nəzərdə tutur.
 
 Hazırda bu istiqamətdə  işlər aparılır və bu ilin sonuna kimi qeyd edilən işləri yerinə yetirəcək şirkət müəyyən ediləcək.
 
Aynur Vəliyeva




23/10/14    Çap et