Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyası “iPhone” smartfonundan avtomobilin idarə edilməsi texnologiyasını patentləyib


“Apple” şirkəti avtomobilin bəzi funksiyalarının mobil qurğudan idarə edilməsini patentləyib. Bu haqda ABŞ-ın patent qurumunun saytında informasiya dərc edilib.

Patentin mətninə əsasən, texnologiya avtomobilin yeri haqqında siqnalın mobil qurğuya ötürülməsini nəzərdə tutur. Bundan sonra qurğu nəqliyyat vasitəsinədək yerləşməsini və məsafəni müəyyənləşdirir. Cihaz lazımi mövqedə yerləşdikdə avtomobilin funksiyalarına (məsələn, qapıların bloklanması və ya blokdan çıxarılması, salonun qızdırılması) giriş əldə edir.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, patentdə mobil qurğunun tipi qeyd olunmayıb, “Apple” korporasiyası “iPhone” smartfonlarını, “iPad” planşetləri,  “iPod” pleyerlərini buraxır və 2015-ci ilin əvvəlində “Watch” “ağıllı” saatı satışa çıxarılacaq.

Xatırladaq ki, 2014-cü ilin martında “Apple” şirkətinin elan etdiyi “CarPlay” funksiyası “iPhone” smartfonunu avtomobilin multimedia sistemi ilə inteqrasiya etməyə imkan verib. Bundan sonra şirkətdən bildirilib ki, “Ferrari”, “Mercedes-Benz”, “Volvo” və başqa istehsalçılar yeni texnologiyanı dəstəkləyiblər.

Emil Hüseynov
 
 




23/10/14    Çap et