Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Yandeks" şirkəti “The Tweeted Times” xidmətini alıb
"Yandeks" şirkəti “The Tweeted Times” xidmətini alıb. “Tweeted Times” xidməti “Twitter” istifadəçiləri üçün nəzərdə tutulub.
Xidmət mikrobloqlarda istifadəçinin dostlarının bölüşdüyü bağlantıları təhlil edir, ən məşhurlarını seçir və onları vahid "onlayn-qəzet"də birləşdirir. Digər istifadəçilərin də qəzetlərinə baxmaq olar. Sazişin dəyəri haqqında məlumat verilmir.
“CrunchBase”-ın məlumatına görə, “The Tweeted Times” xidməti 2009-cu ilin sentyabr ayında 5 nəfərdən ibarət olan komanda tərəfindən yaradılıb. Xidməti yaradanların "Yandeks" şirkətində işləyəcəyi bildirilib.
27/08/11 Çap et