Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda dövlət qeydiyyatında olan radioelektron vasitələrin sayı 46 mini ötüb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələr (REV) və radiotezlik istifadəçiləri haqqında statistik məlumat açıqlanıb.
DRİ-dən verilən məlumata görə, hazırda qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 46413 ədəd təşkil edir.
Bu ilin 9 ayı ərzində 4453 ədəd REV idarədə qeydiyyata alınıb.
Oktyabrın 1-i tarixinə Dövlət Radiotezliklər İdarəsində 427 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 72 istifadəçi dövlət, 292 istifadəçi kommersiya, 30 istifadəçi xarici təşkilat və 33 istifadəçi isə fiziki şəxslərdir.
CAHANGİR
23/10/14 Çap et