Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan İT şirkəti Tacikistan bazarına inteqrasiya olunur


Azərbaycanın İT şirkətlərinin innovativ xidmətlərinin Mərkəzi Asiya ölkələrinə ixracı üçün geniş imkanlar var.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu günlərdə Azərbaycan nümayəndə heyətinin Tacikistana səfəri zamanı yerli “Cybernet” şirkətinin nümayəndələri  Tacikistanın iş adamları ilə ikitərəfli görüşlər keçiriblər.
 
Görüşlər çərçivəsində “Cybernet” öz fəaliyyəti, təqdim etdiyi innovativ həllər  haqda təqdimatlarla çıxış edib və nəticə olaraq şirkətin mütəxəssisləri Tacikistana yenidən dəvət olunub və işgüzar səfərin strategiyası və məqsədləri təsdiqlənib. 
 
Aynur Vəliyeva




23/10/14    Çap et