Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” məxfi yazışma üçün “Rooms” proqramını buraxıb


“Facebook” şirkəti ləqəblərdən istifadəyə əsaslanan məxfi ünsiyyət saxlamağa imkan verən yeni “Rooms” mobil proqramını təqdim edib. Bu haqda “Rooms” xidmətinin rəsmi saytında yazılıb.

Tətbiqin ideyası ondan ibarətdir ki, istifadəçilər bu və ya digər çat müəllifinin verdiyi müəyyən mövzu üzrə məzmunla mübadilə etsinlər.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Rooms” məhsulu üzrə menecer Coşa Miller bildirib ki, 1990-cı illərdə populyar olmuş forum və çatlar tətbiqinin hazırlanmasına stimul verib.
Ləqəblərdən istifadə “Rooms” mobil proqramının əsas özəlliyidir. İstifadəçi “Rooms” tətbiqində bir neçə müzakirədə iştirak edirsə, hər bir "otaqda" ayrıca ləqəb seçə bilər.

“Rooms” mobil proqramı bu gündən ABŞ, Böyük Britaniya və başqa ingilisdilli ölkələrdə əlçatandır. Ancaq hələ ki tətbiqin yalnız “iOS” platforması üçün versiyası buraxılıb, ona görə yalnız “iPhone” sahibləri bu proqramdan istifadə edə biləcəklər.


Emil Hüseynov
 




24/10/14    Çap et