Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən güclü planşeti hansıdır?
Yeni nəsil “Apple iPad Air 2” planşet kompüteri 1500 MHs takt tezlikli, üçnüvəli “A8X” prosessoru ilə təchiz edilib. Bu haqda cihazı sınaqdan keçirmiş entuziastlərə istinadən “MacRumors” nəşri yazıb.
Xatırladaq ki, qabaqcıl “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarına quraşdırılmış “Apple A8” prosessoru iki hesablama nüvəsinə malikdir və 1400 MHs takt tezliyində işləyir.
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, “Apple” istehsalı olan ən yeni planşet və smartfon modellərinin sınağı zamanı, həmçinin məlum olub ki, “iPad Air 2” şirkətin bütün mobil qurğuları arasında ən güclüsüdür. Belə ki, “Geekbench 3” məhsuldarlıq testində sözügedən cihaz 4477 bal toplayıb, “iPhone 6” smartfonu 2879 balla ikinci yerdə qərarlaşıb.
Emil Hüseynov
24/10/14 Çap et