Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-in məktəblərində istifadə olunan kompüterlərin 84.5 faizi internetə qoşulub


Hazırda Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur.
 
“ICTnews” elektron xəbər xidmətinin 2014-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair hesabata istinadən verdiyi məlumata görə, muxtar respublikanın ümumtəhsil məktəblərində 3580 dəst kompüter quraşdırılıb, hər 12 şagird bir dəst kompüterlə təmin olunub. İstifadədə olan 3580 dəst kompüterin 3026-sı və ya 84,5 faizi internetə qoşulub.
 
Bununla yanaşı, muxtar respublikanın ümumtəhsil məktəblərində tədrisin daha keyfiyyətli aparılması məqsədi ilə 518 elektron lövhə quraşdırılıb.
 
CAHANGİR




24/10/14    Çap et