Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyanın 72 yaşlı sakini evini “Wi-Fi” şüalanmasından qorumaq üçün 4,000 avro xərcləyib


Böyük Britaniyada kartlar üzrə ödənişsiz “Wi-Fi” texnologiyasının tətbiqinə başlanıldığı anda 72 yaşlı Stefani Rassel hesab edir ki, onda elektrikə qarşı güclü hissiyyat var və buna görə “Wi-Fi” siqnalları ilə mübarizədə bütün mümkün addımlara təşəbbüs edir.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, Stefaniyə rəsmi diaqnoz qoyulmayıb, belə ki, o, ailə həkimindən başqa digərlərinə etibar etmir. Ancaq yaşlı qadın iddia edir ki, hər dəfə elektrik mənbəyi və ya “Wi-Fi” siqnalının yaxınlığında olarkən başağrısı və ürək bulanması hiss etməyə başlayır.
 
Buna görə Stefani mobil telefonlardan çox istifadə edilən ictimai nəqliyyatdan imtina edib. Həmçinin kompüter və telefon işlətmir. Bundan başqa öz evini içəridən və bayırdan “Wi-Fi” siqnalını zəiflədən xüsusi rənglə boyanması üçün işçilər işə götürdü. Stefani buna görə 4,000 avro xərcləyib.
 
Emil Hüseynov




24/10/14    Çap et