Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda hər yüz ailəyə düşən telefon aparatlarının sayında artım olub


Cari ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan  Muxtar Respublikasında 4456 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat 2014-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb. 
 
 
Məlumatda bildirilir ki, 1 oktyabr 2014-cü il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 70-ə çatıb.
 
 
Hesabatda həmçinin qeyd olunur ki, cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövründəki göstəricini 2 faiz üstələyərək 35 milyon 746 min manat olub. Ümumi xidmətlərin 84,7 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 0,8 faiz çoxdur.

 
CAHANGİR




24/10/14    Çap et