Çin istehsalçısı “4.5G” texnologiyasının inkişaf planını təqdim edib
Çinin “Huawei” şirkəti “GSMA Mobile 360 Series” konfransında istifadəyə verilməsi 2016-cı ilə planlaşdırılan “4.5G” texnologiyasının inkişaf planını təqdim edib.
Məlumata görə, texnologiyanın bu versiyası mobil rabitəni qiqabitlik sürət dövrünə aparacaq və insanlara həyatı müxtəlif intellektual xidmətlərlə zənginləşdirməyə imkan verəcək rəqəmli rabitənin növbəti mərhələsinin aparıcı qüvvəsi olacaq. Həmçinin “4.5G” texnologiyası istifadəçiləri yüksək təsvir ölçüsündə “3D” formatlı holoqrafiyalı video xidmətləri ilə təmin edəcək.
“Huawei” şirkətinin simsiz şəbəkələrin inkişafı və tədqiqi bölməsinin prezidenti İn Veymin deyib ki, “4G” istifadəçilərə bir-biri ilə sərbəst şəkildə bağlantı yaratmağa, genişzolaqlı mobil internetdən istifadəyə və məlumatları yüksək sürətlə hər yerdə və hər zaman yükləməyə imkan verir. Yaxın iki ildə həyata keçiriləcək “4.5G” texnologiyası mövcud “4G” texnologiyası ilə müqayisədə daha yüksək sürəti, zəif yubanmanı və təkmilləşdirilmiş funksionallığı dəstəkləyəcək. Bu, həmçinin operatorlar üçün yeni gəlir mənbələri açacaq ki, bunun da genişzolaqlı mobil internet sahəsində biznesə müsbət təsiri olacaq.
“4.5G”-nin 2016-cı ildə kommersiya istifadəsinə verilməsi nəzərdə tutulur. “Huawei” tədqiqatlara “3rd Generation Partnership Project - 3GPP” (mobil telefoniya üçün texniki xüsusiyyətlər hazırlayan konsorsium) çərçivəsində "LTE” və “LTE-Advanced” texnologiyalarının versiyalarının təhlili ilə başlayıb. “4.5G”-nin standartlaşdırılması da bu layihəyə daxildir və onun "13/14 3GPP” versiyalarında başa çatdırılması gözlənilir.
“4.5G” texnologiyasının əsas xüsusiyyətlərinə 10 milli saniyə azaldılmış yubanmanın, 6 Qbit/saniyə maksimal yüklənmə sürəti və 1 км² üçün 100 min bağlantının dəstəklənməsi daxildir. Bu, şəbəkə tərtibatçıları qarşısında yeni vəzifələr qoyur, çünki yeni texnologiyalar radio interfeyslərini, tezlikləri və şəbəkə arxitekturasını dəstəkləməlidir, - “
CNews” yazır.