Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” bir rübdə 9.3 milyon “Lumia” smartfonunu satıb
“Microsoft” korporasiyası ötən rübün maliyyə nəticələrini səsləndirərək 13%-lik gəlir azalması haqda məlumat verib.
“Nokia”nın mobil bölməsinin satın alınması ilə əlaqədar biznesin yenidən qurulması hesabına gəlir azalıb. Hesabat dövründə gəlirin həcmi proqnozlaşdırılmış $22 milyardla müqayisədə $23,2 milyarda çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 25% təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Microsoft” satılmış “Surface” planşetlərinin dəqiq sayını açıqlamır. Yalnız hesabat rübündə satış həcminin 127% artaraq $908 milyon təşkil etməsi haqda məlumat verib.
Yüksək göstəricilər “Surface Pro 3” planşetinin populyarlığı ilə bağlıdır.
Hesabat dövründə 2.4 milyon “Xbox” oyun konsolu satılıb, amma hesabatda “Xbox One” konsolunun satış həcmi haqda məlumat yoxdur.
Emil Hüseynov
24/10/14 Çap et