Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi gələn il avtomatlaşdırılmış elektron qeydiyyat sistemi istifadəyə verəcək
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bu ilin 9 ayı ərzində fəaliyyətinin yekunlarına və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusunun müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirib.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, QKDK-nın sədri Rüfət Aslanlı hesabat dövründə əldə edilmiş nailiyyətlərdən bəhs etdikdən sonra növbəti ilə planlarını bölüşüb.
Sonda R.Aslanlı növbəti ildə qiymətli kağızların avtomatlaşdırılmış elektron qeydiyyatı sisteminin istifadəyə verilməsi, qiymətli kağızlar bazarında yeni əməliyyat sisteminin tətbiqi və sözügedən sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin kapital bazarında bilik və məlumatlılığın artırılmasına xidmət edən Listinq Məsləhət Proqramı və Kapital Bazarı üzrə Təlim Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, eləcə də ümumilikdə icra intizamının gücləndirilməsi barədə müvafiq tapşırıqlar verib.
Aynur Vəliyeva
24/10/14 Çap et