"IBM” şirkətinin mikroelektronika bölməsinin satılması ABŞ-ın milli təhlükəsizliyi baxımından öyrəniləcək
ABŞ Xarici investisiyalar komitəsi “IBM” şirkətinin mikrosxem istehsalı üzrə bölməsinin “GlobalFoundries” şirkətinə satılmasına dair sazişi müzakirə edəcək.
Bu barədə “GlobalFoundries”in nümayəndələri bildiriblər. 2008-ci ildə ABŞ-ın “AMD” şirkətinin istehsal bölməsinin bazası əsasında yaradılan "GlobalFoundries” ABŞ-da fəaliyyət göstərsə də, onun sahibi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan Əbu Dabi İnvestisiya Fondudur. Bu saziş də milli təhlükəsizlik baxımından qiymətləndirilib.
“GlobalFoundries”in müəssisələri ABŞ-ın Nyu-York ştatında, Almaniya və Sinqapurda yerləşir. “IBM” bölməsinin satın alınmasından sonra ona Nyu-York və Vermont şəhərlərində yerləşən zavodlar əlavə olunacaq.
ABŞ hökuməti mühüm texnologiyaların, o cümlədən mikroelektronika sahəsinin sahiblərinin xarici şirkətlərin olmasından narahatdır. 2003-cü ildə ABŞ Müdafiə Nazirliyi mühüm müdafiə, kəşfiyyat və kommunikasiya sistemləri üçün etibarlı mikrosxem istehsalçıları üçün xüsusi proqram yaratmağı təklif edib. Müdafiə Nazirliyi tərəfindən iyulda dərc edilən hesabatdan məlum olur ki, “IBM” bu proqramın iştirakçılarından biridir, - "
Computerworld” yazır.