Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Azərkosmos" Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC “Tələt” şirkəti ilə müqavilə imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması və müvafiq mal-materialların satın alınmasını nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 46016,91 manatdır.
Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif (həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.
Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsinə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.
Aynur Vəliyeva
25/10/14 Çap et