Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-York polis idarəsi 41 min “Microsoft” qurğusu ilə təchiz ediləcək


ABŞ-ın Nyu-York şəhər Polis Departamenti cinayətkarlardan müsadirə edilən 160 milyon dollarlıq vəsaiti “Microsoft” korporasiyası ilə əməkdaşlığa sərf etmək niyyətində olduğunu bildirib. Söhbət mobil texnologiyalar və “NYPD Mobility Initiative” layihəsinin həyata keçirilməsindən gedir.
 
Plana görə, polis əməkdaşları “Microsoft” korporasiyasının istehsalı olan 41 min müxtəlif qurğu, o cümlədən smartfon, planşet və portativ qurğularla təchiz ediləcək. Bu avadanlıq hüquq-mühafizə orqanlarının işini asanlaşdırmağa, Nyu-York əhalisinin və polis əməkdaşlarının təhlükəsizliyini artırmağa imkan verəcək.
 
Bildirilir ki, qeyd olunan rəqəmin 31 mini “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların, 6 mini "Windows” sistemli planşet kompüterlərin payına düşəcək, - "All Nokia ” yazır. 




27/10/14    Çap et