Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə “3D” printerlərinin qlobal tədarükü iki dəfə artacaq
“Gartner” analitik şirkətinin məlumatına əsasən, 2015-ci ildə “3D” printerlərinin qlobal tədarükü ötən illə (108.1 min) müqayisədə artaraq 217,3 min təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2015-ci ildən etibarən bu cür qurğuların tədarükü illik iki dəfədən çox artacaq və 2018-ci ildə 2,3 milyon səviyyəyə nail olunacaq.
“Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Pit Basiler deyib ki, bu il “3D” printer bazarı ən yüksək həddinə çatıb. “3D” printerlərinin ixtirasından ötən 30 il ərzində bazarın həcmi hər il cüzi artıb, amma 2015-ci ildə əhəmiyyətli artım qeydə alınacaq.
Bu cür artım əsasən 1000 dollaradək dəyərində qurğu satışlarının hesabına təmin olunacaq, çünki aşağı qiymət amili alıcı üçün böyük rol oynayır.
Bundan başqa, sözügedən bazarın həcmi, həmçinin yeni “3D” printer tədarükçülərinin yaranması hesabına artacaq.
Emil Hüseynov
27/10/14 Çap et