Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Mərkəzi Bankı çirkli pulların yuyulması ilə mübarizə üzrə milli sistem yaradacaq
Azərbaycan Mərkəzi Bankı çirkli pulların yuyulması ilə mübarizə üzrə milli sistem (AML) yaratmaq niyyətindədir.
Bankdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu layihə çərçivəsində bankın maliyyə monitorinqi xidməti sistemin texniki və proqram platformasının yaradılması, xidmət tərəfindən istifadə edilən kompüter və server avadanlıqlarının və qurğularının dəstəklənməsi, yeni proqram təminatının alınması nəzərdə tutulur.
Bu ilin sonuna kimi layihənin icraçısı müəyyən edilməlidir.
Aynur Vəliyeva
27/10/14 Çap et