Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İranda beş milyon sayta giriş bloklanıb
İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Əhməd Şahid ölkədə ölüm cəzasının tətbiqinin artmasına, jurnalistlərin təzyiqə, qadınların diskriminasiyaya məruz qalmalarına, söz azadlığı və internetə çıxışın məhdudlaşdırılmasına diqqət yönəldib. İranda beş milyon sayta giriş bloklanıb.
"ICTnews" elektron xəbər xidməti “un.org” saytına istinadən bildirir ki, BMT-nin nümayəndəsi bildirib ki, 2014-cü ilin mayında "Facebook" şəbəkəsində şərh yerləşdirmiş səkkiz insan kafirlik, ali rəhbərliyin təhqirinə və mövcud rejimə qarşı təbliğatın aparılmasına görə ümumilikdə 123 il müddətinə həbs cəzasına məruz qalıblar.
İranda indiyədək internetə çıxış tənzimləmə mexanizmləri və filtrlərdən istifadə yolu ilə məhdudlaşdırılır. Təxminən 5 milyon sayt bloklanıb.
Emil Hüseynov
28/10/14 Çap et