Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ şirkəti iddia edir ki, rusiyalı hakerlər NATO-nun kompüter sistemlərinə müdaxilə edirlər
“Wall Street Journal” qəzeti yazıb ki, kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış ABŞ-ın “FireEye” şirkəti hesab edir ki, Rusiyada fəaliyyət göstərən “APT28” adlı hakerlər qrupu daima NATO və ABŞ-ın müttəfiqlərinə məxsus məlumatları ələ keçirirlər.
"Artıq çoxdan məlumdur ki, Rusiya kompüter şəbəkələrində mürəkkəb əməliyyatların həyata keçirilməsi imkanları üzrə lider dövlətlərdən biridir" – “FireEye” şirkətinin mütəxəssisləri bildiriblər.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “FireEye”nin nümayəndələri hesab edirlər ki, “APT28” haker qruplaşması təxminən 2007-ci ildən NATO ilə bağlı şəxslərə və strukturlara qarşı kiberhücumlar həyata keçirir.
“FireEye” şirkəti öz iddialarına sübut kimi ona göstərir ki, kiberhücumlarda istifadə edilmiş proqram kodunun bir hissəsi rus dilində qeydlərlə yazılıb. Şirkətin mütəxəssisləri hesab edirlər ki, “APT28” haker qrupu, əsasən siyasi və ya geosiyasi xarakterli informasiya ilə maraqlanırlar.
Emil Hüseynov
28/10/14 Çap et