Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” “3D” kamera ilə təchiz edilmiş planşet istehsal edəcək


“Dell” şirkəti  “Venue 8 7000” “Android” planşeti buraxmaq niyyətində olduğunu elan edib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, planşetin qiyməti 499 dollar təşkil edəcək. Onun əsas xüsusiyyəti isə həcmli təsvirlər çəkməyə imkan verən quraşdırılmış “Intel RealSense” “3D” kamera ilə təchiz edilməsidir.
 
Bundan başqa, ön kamera qarşısında edilən barmaq və əl işarələri sayəsində kamera istifadəçiyə tətbiq edilmiş əlavədən istifadə etməyə imkan verəcək.
 
Yeni planşet modeli 8,4 düymlük  2560х1600 piksel ölçülü OLED-displey ilə təchiz edilib.
 
“Venue 8 7000” 2,33-Hhz-lik “Intel Atom” prosessoru əsasında işləyir, onun əməliyyat yaddaşının həcmi 2 GB təşkil edir, halbuki istifadəçi məlumatlarının fləş-yaddaşının həcmi 16 GB-dir.
 
“Android”-planşet “Venue 8 7000”-ün bu ilin noyabr ayında satışa çıxarılacağı planlaşdırılıb.
 
Aynur Vəliyeva




28/10/14    Çap et