Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vətəndaşların NƏZƏRİNƏ!
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun oktyabr ayının 31-i saat 11:00-da Qobustan rayonunda (Qobustan, Ağsu, Şamaxı, Abşeron) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Qobustan rayonunda 245-01-19
Ağsu rayonunda 226-44-99
Şamaxı rayonunda 265-39-34
Abşeron rayonunda 341-04-99
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Mətbuat Xidməti
28/10/14 Çap et