Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti “Quad HD” ekranlı və “VoLTE” dəstəkli “Isai FL” smartfonunu təqdim edib
“LG Electronics” korporasiyası qabaqcıl səviyyəli smartfonunu nümayiş etdirib. “LG Isai FL” modelinin əsas özəllikləri yüksək təsvir ölçülü ekran və qabaqcıl içliklə təchiz olunmasıdır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparat 2560x1440 (Quad HD) piksel təsvir ölçülü 5.5 düym diaqonallı IPS ekran, 2,5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 3 QB əməli və “microSD” kartının hesabına genişləndirilən 32 QB daxili yaddaşla təchiz olunub.
Həmçinin cihaza işıq diodu işıqlandırıcısı və 4K təsvir ölçülü video çəkilişi funksiyasına malik 13,2 meqapiksellik əsas kamera, 1,3 meqapiksellik fotomodul, “Wi-Fi 802.11 a/b/g/n/ac”, “Bluetooth 4.0”, “GPS”, “NFC” və “LTE” simsiz rabitə adapterləri quraşdırılıb. Sonuncu “VoLTE” texnologiyasını dəstəkləyir, yəni “4G” şəbəkəsindən çıxmadan, səsli zənglər etmək olar.
Qurğunun ölçüləri 145x76x10,5 mm, çəkisi 154 qr-dır. Telefonun akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir və qurğuya “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
“LG Isai VL” smartfonu ağ, qara və çəhrayı rəngli korpuslarda əlçatandır. Smartfon Yaponiyada nümayiş etdirilib və 2014-cü ilin dekabrında yerli bazara satışa çıxarılacaq.
Emil Hüseynov
29/10/14 Çap et