Dünyanın ən nazik smartfonunun qalınlığı 3,8 mm olacaq
Çinin “BBK” şirkəti korpus qalınlığı 3,8 mm təşkil edən “Vivo” markalı smartfon üzərində işləyir. Qurğunun ayrıca və “Apple iPhone 5s” ilə müqayisəli təsviri Çinin "Weibo” sosial şəbəkəsində təqdim edilib.
Hazırda dünyanın ən nazik smartfonu Çinin “Gionee” istehsalçısının “Elife S5.1” modeli hesab edilir. Qalınlığı 5,1 mm olan smartfon cari ilin sentyabrında “Ginnesin rekordlar kitabı”na daxil edilib.
Təsvirlərdən birində “Vivo” modelinin müqayisə olunduğu “iPhone 5s” smartfonunun qalınlığı 7,6 mm, “iPhone 6” modelinin 6,9 mm təşkil edir.
Yeni qurğunun qalınlığından başqa digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Dünyanın hazırkı ən nazik smartfonu "Elife S5.1” 4,8 düymlük displey, dördnüvəli prosessor, 8 meqapikselli kamera, 16 QB quraşdırılmış batareya və 2100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Yalnız Çində satılan smartfonun qiyməti yerli pul vahidi yuana nisbətdə 325 dollar təşkil edir.
Əlavə edək ki, 2013-cü ildə “BBK” şirkəti qalınlığı 5,95 mm olan “Vivo X3” smartfon modelini buraxıb. O zaman smartfon satışda mövcud olan smartfonların ən naziyi olub, - "
CNews” yazır.