Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” ilk dəfə maliyyə nəticələrini açıqlayıb


“WhatsApp” mobil messencerini satın almış “Facebook” şirkəti ilk dəfə adıçəkilən xidmətin maliyyə nəticələrini açıqlayıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin altı ayı ərzində “WhatsApp”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artaraq 232,5 milyon dollar təşkil edib. Cari ilin birinci yarısında xidmətin gəliri 5.5 dəfə artaraq 15,3 milyon dollar təşkil edib.

Emil Hüseynov




29/10/14    Çap et