Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ən peşəkar rabitəçi”lər müəyyənləşəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi münasibətilə “ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə elan etdiyi peşə yarışmasının həlledici mərhələsi başlayıb.
Bu məqsədlə Abşeron Telekommunikasiya Qovşağında geniş tədbir keçirilib.
Tədbiri açıq elan edən RYTN-in poçt sektorunun müdiri Novruz Məmmədov yarışın keçirilməsi məqsədindən danışaraq iştirakçılara uğurlar dilədi.
Yarışlarda Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi, “Aztelekom” İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “Azərpoçt” MMC-nin qalib əməkdaşları iştirak edir.
Abşeron TKQ-də baş tutan yarışların yüksək səviyyədə keçirilməsi üçün əlavə tədbirlər də görülərək yarış iştirakçılarına istirahət üçün hər cür şərait yaradılıb.
RƏVAN
29/10/14 Çap et