Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT texnologiyalarda virtualizasiya mövzusuna həsr olunmuş biznes- seminar keçirilib


Bakıda "Cybernet", "Mont Azərbaycan", "Kaspersky" və "VMware" şirkətlərinin rəhbərlərinin iştirakı ilə birgə biznes-seminar keçirilib.

"Cybernet"dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "VMware" şirkəti cari ildə "Cybernet" şirkəti ilə tərəfdaşlıq statusunun yüksəldilməsinə dair qərar verib.
 
"Cybernet" şirkəti ilə əməkdaşlıq "VMware" məhsullarının və texnologiyalarının təbliğində, peşəkar (sertifikatlı) mütəxəssis kadrların hazırlanmasında və müvafiq olaraq satışların artırılmasında böyük rol oynayıb.

Virtualizasiya və İT təhlükəsizlik sahəsində əlverişli həlləri ilə tanınmış "Kaspersky" və "VMware" şirkətlərinin nümayəndələri seminar iştirakçılarına müvafiq mövzuların aktuallığından danışmış və virtualizasiya sahəsində olan məhsullara yüksək tələbatı vurğulayıblar.
 
Tədbirdə bu həllərin uğurlu tətbiqini nümayiş etdirən və müştərilərin iştirakı ilə çəkilmiş videomateriallar nümayiş olunub. Dövlət qurumlarında, bank sektorunda, habelə fərdi sahibkarlıq sahəsində tətbiq olunmuş müasir texnologiyalardan məlumat verildi. Həllərin tətbiqi nəticəsində elektrik enerjisi, xidmət, administrativ xərclərin kəskin azaldılması vurğulanmış, həmçinin yeni avadanlıqların daha az vəsaitlə əldə edilməsi nəzərə çatdırılıb.
 

Seminarda "Cybernet" şirkətinin virtualizasiya və İnformasiya təhlükəsizlik platformalarının tətbiq etdiyi müştəri-şirkətlərin nümayəndələri də iştirak ediblər.
"Kaspersky" və "VMware" şirkətlərinin nümayəndələri yerli bazara təklif etdikləri məhsulların üstünlüklərindən söz açıblar.

Biznes-seminarın yekununda "Cybernet" və "Kaspersky" şirkətləri arasında tərəfdaşlıq statusunun yüksəldilməsinə, "enterprise" həllər və virtual platformalarda informasiyaların qorunmasına, habelə İT təhlükəsizliyi Azərbaycanda tətbiq və təmsil etmək üçün razılaşma əldə olunmuş və müvafiq sazişin imzalanması məqsədilə işçi qrupunun dekabr ayında Bakıya növbəti səfəri planlaşdırılıb.


Aynur Vəliyeva




29/10/14    Çap et