“Texnologiya və biz” adlı fotomüsabiqənin bitməsinə 21 gün qaldı
Əgər müxtəlif rabitə vasitələri – telefon və kompüterlər gündəlik həyatınızın ayrılmaz hissəsinə çevrilibsə, internet və müasir texnologiyaların yaratdığı imkanlardan yararlanırsınızsa, innovativ həllər və elektron xidmətlərdən istifadə həyatınızı rahatlaşdırırsa, onda Siz bu fotomüsabiqənin real iştirakçısı ola bilərsiniz.
Müsabiqə iştirakçısı olmaq üçün gündəlik həyatınızda internet, yeni texnologiyalar, elektron həll və xidmətlərdən istifadə zamanı çəkilmiş maraqlı və kreativ fotolarınızı təqdim edin.
Müsabiqə üzrə istiqamətlər aşağıdakı sahələri əhatə edir:
-
İKT-nin cəmiyyətdə rolu
-
İnternetin həyatımızda rolu
-
Yüksək texnologiyalar və biz
-
"Elektron hökumət"in üstünlükləri
Müsabiqədə iştirak
1. Müsabiqədə hər kəs iştirak edə bilər.
2. Təqdim edilmiş foto mövzulardan birinə uyğun olmalıdır.
3. Təqdim olunacaq foto "jpg.file" formatında "
musabiqe@mincom.gov.az" elektron ünvanına təqdim olunmalıdır. Şəkillərin ölçüsü 2000х1500 px-dən az olmamalıdır.
Müsabiqənin mükafat fondu:
I yer - 1000 manat
II yer - 750 manat
III yer - 500 manat
Həvəsləndirici mükafatlar
Müsabiqə barədə ətraflı məlumatı "
http://www.mincom.gov.az" saytından, eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.
Əlaqə telefonları: (012) 598-07-35