Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
Fransada radio və televiziyada xəbər aparıcılarına Facebook və Twitter sosial şəbəkələrinin adının efirdə çəkilməsini qadağan ediblər.
1991-ci il reklam haqqında qanuna əsasən, brendlərin efirdə adının çəkilməsi reklam hesab edilir. Fransanın Audiovizual Kommunikasiyaları üzrə Ali Şurasının (CSA) fikrincə, efirdə konkret adların istənilən səsləndirməsi internet-xidmətlərin arasında rəqabəti məhdudlaşdırır və qeyri-qanuni sayılır. Qadağa yalnız bilavasitə konkret sosial şəbəkəyə aiddir və ya o, informasiya mənbəyi olan hallara aid deyil. Digər hallarda isə aparıcılar "sosial şəbəkə" ümumi formulasından istifadə etməlidirlər.
2008-ci ildə Facebook-un sosial şəbəkəsi saytın fransız versiyasını istifadəyə verib. O zaman Fransada 1,4 milyon, dünyada isə 67 milyon şəbəkə istifadəçisi var idi. Hazırda dünyada Facebook istifadəçilərinin sayı 687 milyon insana çatır.
2011-ci ilin yanvarında Twitter mikrobloqlar xidməti istifadəçilərinin sayı 200 milyon insan təşkil edib. Yanvar ayının məlumatlarına, əsasən isə hər gün mikrobloqlarda təxminən 110 milyon yeni tvit dərc edilib.
07/06/11 Çap et