Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropada “Windows Phone” platformasının mövqeyi zəifləyib
“Kantar Worldpanel ComTech” tədqiqat şirkəti qlobal smartfon bazarında vəziyyəti izləməyə davam edir. Yeni hesabat 2014-cü ilin üçüncü rübünün nəticəsinə görə tərtib edilib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin iyul-sentyabr aylarında Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya ölkələrində “iPhone” smartfonunun bazar payı illik hesablamada 1,5% artaraq 15.4% təşkil edib. Avropada, həmçinin “Android” platformasının payı artaraq 73.9% olub.
“Windows Phone” platformasının bazar payı 0,3% azalaraq 9,2% olub. Yalnız İtaliyada “WP” smartfonlarına tələbat artıb: ötən rüb ölkədəki smartfon satışlarının 15,2%-i “WP” smartfonlarının payına düşüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yüksəkdir.
İspaniyada “Android” platformasının payı 90,4%-dir və liderlik etməyə davam edir. “iOS” və “Windows Phone” platformalarının bu smartfon bazarında payları müvafiq olaraq 6,3% və 3% təşkil edir.
Cari ilin üçüncü rübünə görə Böyük Britaniyada “Android” mobil əməliyyat sisteminin bazar payı 58,2%-dir. “iOS” platformasının payı 31%-dir, bir il əvvəl bu göstərici 29,3% olub. “Windows Phone”nun payı ötən il 10% olduğu halda, indi 9,6%-dək azalıb.
Emil Hüseynov
30/10/14 Çap et