Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dilmanc” səsli idarəetməylə klaviatura və brauzer təqdim edəcək
Azərbaycanın “Dilmanc” proqram təminatı (PT) istehsalçısı görmə qabiliyyəti zəif olan insanlar üçün brauzerin yaradılması üzrə iş həyata keçirir. Bu barədə şənbə günü “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayev məlumat verib.
Fətullayevin sözlərinə görə, brauzer səs vasitəsilə idarə olunacaq ki, bu da tamamilə və ya qismən görmədən məhrum olan adamlara xəbər və əyləncə kontenti ilə tanış olmağa imkan verəcək. Bunun üçün brauzer nitqin tanınması sisteminə birləşdiriləcək. O bildirib ki, sistemin ilkin variantından yaxın günlərdə “Dilmanc” saytında istifadə etmək mümkün olacaq.
Nitqin tanınması sistemi səs komandalarının köməyi ilə “RSS” kanallardan xəbərlər toplamağa, kitabxanaların elektron bazasından axtarış və spikerin tələb etdiyi ədəbiyyatın mövcudluğu barədə xəbərdarlıq etməyə, elektron poçtu idarə etməyə, poçt qutusundakı elektron məktubların mövcudluğu haqqında xəbərdarlıq almağa, məktublara cavab verməyə və sairəyə imkan verir.
“Dilmanc” brauzerin funksionallığını noyabrın 23-26-da "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək “Bakutel -2011” 17-ci beynəlxalq telekommunikasiya sərgisində nümayiş etdirməyi planlaşdırır.
"Bununla yanaşı, biz səs müşayiəti funksiyası ilə çoxmediyalı klaviaturanı təqdim etmək niyyətindəyik. Bu klaviaturada daxil etmə vaxtı hər bir hərf səsləndiriləcək", - Fətullayev deyib.
27/08/11 Çap et