Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sharp” “4K” formatlı smartfonlar üçün ekran yaradılması üzərində işləyir


Cəmi bir neçə il bundan əvvəl qabaqcıl smartfonlar HD (1280×720 nöqtə) təsvir ölçülü ekranla təchiz ediliblər. Bundan sonra istehsalçılar “Full HD” təsvir ölçülü ekranlardan (1920×1080 nöqtə) istifadəyə keçiblər və belə görünürdü ki, bu kifayətdir. Cari il artıq “QHD” (2560×1440 nöqtə) təsvir ölçülü qurğuları bazarda görmək mümkündür. Bu, hələ son hədd deyil.
 
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, hazırda “Sharp” şirkətində smartfonlarda tətbiq üçün nəzərdə tutulmuş yeni nəsil LCD ekranın yaradılması üzrə işlər aparılır.
 
Hazırlanan texnologiya 5-6 düymlük diaqonallı ekranlar üçün “4K” (4096×2160 nöqtə) təsvir ölçülü panellər yaratmağa imkan verəcək.
 
Emil Hüseynov




30/10/14    Çap et