Beşyaşlı uşaq ən gənc kompüter mütəxəssisi olub
Böyük Britaniyanın Birminhem şəhərinin Pakistan əsilli beşyaşlı sakini Ayan Kureşi “Microsoft” korporasiyası tərəfindən təqdim olunan kompüter mütəxəssisi sertifikatına layiq görülüb.
“Microsoft Computer Specialist” sertifikatını almaq üçün A.Kureşi Birminhem Universiteti tərəfindən təşkil edilən imtahandan uğurla keçib. Sənəd “Microsoft” əməliyyat sisteminə peşəkar səviyyədə yiyələnməni təsdiq edir. Adətən bu sertifikatı alan adamlar universitetdə təhsil almazdan əvvəl və ya təhsili başa vurduqdan sonra ABŞ korporasiyasına işə dəvət edilirlər.
“Əvvəlcə o, kompüterin necə işləməsi və şəbəkənin nə olması ilə maraqlandı. Mən onun suallarına cavab verdim, sonra uşaq bunun onun üçün maraqlı olmasını dayanmadan təkrar etməyə başladı və mən nəzəriyyəni ona ən sadə dildə başa saldım. Uşağın marağı çox böyük idi və ötən ay Ayan iki fərdi kompüteri, iki noutbuku, şəbəkə kommunikatorunu və marşrutlayıcını uğurla birləşdirərək kompüter şəbəkəsi yaradıb.
Bildirilir ki, Ayan Kureşi Pakistanda anadan olub, lakin körpə ikən Londona gətirilib.
Qəzet qeyd edir ki, əvvəllər "Microsoft” versiyasına görə ən gənc kompüter mütəxəssisi 6,5 yaşlı pakistanlı Mehroz Yavər olub. Bundan başqa, 2004-cü ildə sertifikata layiq görülən gənc pakistanlı qız Arfa Kərim "Microsoft” korporasiyasının yaradıcılarından biri Bill Qeyts ilə görüşə dəvət edilib, - “
RİA Novosti” yazır.