Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatı sistemi yaradılır
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində "Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması üzrə işçi qrup"un və respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və maliyyə qurumlarının təmsilçilərinin iştirakı ilə görüş keçirilib.
Nazirlikdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov görüş iştirakçılarına Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması barədə məlumat verib və gələcək planlardan danışıb.
Görüşdə heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb. Beynəlxalq qurumların nümayəndələri bu sahədə mütərəqqi dünya təcrübəsindən bəhs edərək, nazirliyin təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Aynur Vəliyeva
30/10/14 Çap et