Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika fənni üzrə magistratura səviyyəsinə qəbul imtahanı proqramının layihəsi qəbul olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən informatika üzrə elmi-metodiki seminar növbəti iclasını keçirib.
Komissiyadan verilən məlumata görə, iclasda informatika fənni üzrə 2015/2016-cı tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı proqramının layihəsi müzakirə edilərək qəbul edilib.
Müzakirədə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dos. A.Rəhimov, BDU-nun "İnformatika" kafedrasının müdiri, dos. M.Xəlilov, ADİU-nun "İnformatika" kafedrasının əməkdaşı, dos. E.Hüseynov və başqaları çıxış edərək rəylərini bildiriblər. Proqram 13 bölmədən ibarətdir.
Qeyd edək ki, növbəti seminarda "İnformatika" vəsaitində dərc olunacaq test tapşırığı nümunələri müzakirə ediləcək.
CAHANGİR
30/10/14 Çap et