Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tatarıstanda məktəblilərə keçid kartları və “PayPass” texnologiyası ilə təchiz edilmiş qolbaqlar veriblər


Tatarıstanda məktəblərdə tətbiq edilmiş kartlar və “PayPass” texnologiyası ilə təchiz edilmiş qolbaqlar vasitəsi ilə məktəblilər nəqliyyatda, yeməkxanada, əlavə məşğələlərdə xidmət haqlarını ödəyə bilərlər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu tədbirlər “Məktəb kartı” layihəsi çərçivəsində həyata keçirilib.
 
Qolbaqları ibtidai sinifdə oxuyan şagirdlərə, kartları isə yuxarı sinif şagirdlərinə paylayıblar. Bu vəsaitlər məktəbə keçid üçün, kitabxanadan kitab almaq üçün istifadə edilə bilər.
 
“Məktəb kartı”nda həmçinin dükan və kafelərdə ödəniş etməyə imkan verən bank əlavəsi də var və valideynlər kartda uşaqlarının xərclərini müəyyən məbləğlı limitləşdirə bilərlər.

Hər bir kart iki nüsxədə verilir - biri şagirdə, biri də valideynə və o, uşağın xərclərini izləyə və onun hesabından çıxarış ala, hesabın balansını artıra və yoxlaya bilər.

Məktəbə daxil olmaq üçün məktəblilər və onların valideynləri kartı xüsusi “elektron qapıçı”ya yaxınlaşdırmalıdırlar. Keçid qurğuları Tatarıstanda istehsal edilib və ənənəvi turniketlərdən daha effektivdir. Burada buraxılış vərəqəsindən istifadə etmədən qurğudan keçdiyi an o, qırmızı rənglə və səslə siqnal verir, kamera isə nizam-intizamı pozan şəxsin şəklini çəkir.
 
Bu, Rusiyada ilk belə layihədir və pilot layihə uğurlu olduğu halda bu təcrübə bütün Tatarıstanda tətbiq ediləcək.
 
Aynur Vəliyeva




30/10/14    Çap et