Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində “Viber” messenceri bloklanıb


Çin hakimiyyəti zəng etməyə, mesaj və təsvir göndərməyə imkan verən “Viber” mobil proqramını bloklayıb. Bu haqda “TechInAsia” portalına istinadən “TechCrunch” nəşri yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, "Böyük Çin fayrvolu" proqramının işini izləyən “GreatFire.Org” saytının məlumatına görə, “Viber” messenceri Çinin 67% ərazisində bloklanıb.
 
Adıçəkilən ölkə ərazisində olan “TechCrunch” nəşrinin müxbiri tətbiqdən istifadə edə bilməyib: messencer sadəcə onun tərəfindən yazılmış mesajları ötürməyib. Müxbir, həmçinin brauzer vasitəsilə “Viber”in saytına girməyə müvəffəq olmayıb. Tətbiq  əvvəlki kimi VPN vasitəsilə əlçatandır.
 
 
Emil Hüseynov




31/10/14    Çap et