Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezidentin mətbuat xidməti Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni videosənədlər verib
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 saxlama vahidi kino (video) sənəd daxil olub.
Milli Arxiv İdarəsindən verilən məlumata görə, 2013-2014-cü illəri əhatə edən kino sənədlər dövlətimizin beynəlxalq əlaqələrini, regional layihələrin müzakirəsini və icrasını, enerji və humanitar təhlükəsizliyə həsr olunmuş tədbirləri, Türkiyə, Azərbaycan və Gürcüstan arasında keçirilən zirvə görüşünü, üç ölkənin birgə reallaşdırdığı layihələri, “ASAN Xidmət” mərkəzlərinin açılışını, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin Madrid klubunun dəstəyi ilə Bakıda keçirdiyi beynəlxalq forumu, həmin forumda dövlət başçısı İlham Əliyevin çıxışını, “Arpaçay” I və II su elektrik stansiyalarının açılışını, Heydər Əliyev Fondunun 10 illiyinə və ulu öndərin 91 illiyinə həsr olunmuş tədbirləri əks etdirir.
Hal-hazırda kino sənədlərin milli arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir kino sənədin müfəssəl elmi-məlumat bazası hazırlanır.
CAHANGİR
31/10/14 Çap et