Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni mobil tətbiq istifadəyə verilib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılmış Yüksək Texnologiyalar Parkının (YTP) Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən gənc startupçılar Orxan Əhmədov (layihə rəhbəri), Sina Belyani, Nicat Əsədov, Tural Mehdiyev, Ziyəddin Ovçiyev və Sama Belyani “Xərcim.az” adlı mobil tətbiq yaradıb.
 
YTP-dən verilən məlumata görə, “Xərcim.az” mövcud olan bütün bonus, endirim, hədiyyə kartları, kupon və sadiqlik sistemlərini bir əldə toplayan və yalnız smartfonun köməyi ilə onları idarə və istifadə etmə imkanı verən mobil tətbiqdir. Tətbiq istifadəçi kartlarını bir yerdə toplamaqla yanaşı, onların keçərli olduqları yerlər haqqında məlumat və sistemlərin müqayisəsini aparmaq imkanına da malikdir.
 
Mobil tətbiqi bu link  vasitəsi ilə yükləmək mümkündür.
 
CAHANGİR
 




01/11/14    Çap et