Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts malyariya xəstəliyi ilə mübarizəyə 500 milyondan çox dollar kömək edəcək


“Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts cari ildə dünyanın ən kasıb ölkələrində yayılmış malyariya və başqa yoluxucu xəstəliklərlə mübarizəyə 500 milyondan çox dollar məbləğində kömək edəcək.

O, bu haqda bazar günü Yeni Orleanda (Luiziana ştatı) keçirilmiş ABŞ-dakı Gigiyena və Tropik Tibb cəmiyyətinin illik iclasında deyib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Qeyts ümidlə bildirib ki, artıq bu əsrin ortasınadək malyariya xəstəliyinin kökü tamamilə kəsiləcək. O, bu məqsədə nail olmaq üçün ildə 200 milyondan çox dollar məbləğində yardım etmək niyyətindədir. "Mənim 59 yaşım var. Malyariya xəstəliyinin kökü kəsilənədək yaşamasam, çox təəssüf edərəm" –  “Microsoft”un həmtəsisçisi vurğulayıb.
Bill və Melinda Qeyts fondu uzun müddətdir malyariya xəstəliyinə qarşı mübarizəyə vəsait xərcləyir, hazırda bu məbləği 30%-dək artırmağa qərar verilib.

Xatırladaq ki, Bill Qeyts artıq Ebola epidemiyasına 50 milyon dollar kömək edib. “Microsoft”un başqa həmtəsisçisi Pol Allen bu məqsədlə 100 milyon, “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq 25 milyon dollar kömək edib.

Emil Hüseynov
 

 
 




03/11/14    Çap et