Azərbaycandilli “Vikipediya”da “Ədəbiyyat ayı” elan olunub
Noyabr ayı azərbaycandilli “Vikipediya”da “Ədəbiyyat ayı” elan olunub.
“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə, “Ədəbiyyat ayı” – “
Mövzulu ay” layihəsinin bir hissəsi kimi ədəbiyyat haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
Layihə iştirakçıları “
Vikipediya: Mövzulu ay/Ədəbiyyat ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin ədəbiyyatla bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
Qeyd edək ki, bu layihə
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
CAHANGİR