Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet bazarının vəziyyəti araşdırılıb


"IDC" tədqiqat agentliyi 2014-cü ilin üçüncü rübündə qlobal planşet bazarının vəziyyəti haqda məlumat yayıb.
 
Agentliyin hesablamalarına əsasən, cari ilin üçüncü rübündə 53,8 milyon planşet tədarük edilib ki, bu da ötən ilin müvafiq göstəricisini 11,5% ötür. Bu bazarın lideri yenə də "Apple" şirkətidir: 12,3 milyon qurğu satıb. Qeyd edək ki, 2013-cü ilin üçüncü rübü ilə müqayisədə planşet bazarında "Apple"ın vəziyyəti pisləşib. Bir il əvvəl ABŞ korporasiyası 14,1 milyon qurğu satıb, bu da  planşet bazarının 29,2%-i deməkdir. Bir ildə "Apple" planşetlərinin tədarükü 12,8% azalıb.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, 2014-cü ilin üçüncü rübündə "Samsung" 9,9 milyon qurğu tədarük edib ki, bu da bazarın 18,3%-i deməkdir. Bir il əvvəl bu göstərici 9,3 milyon idi. Beləliklə, Cənubi Koreya şirkəti planşetlərinin tədarük həcmini 5,6% artırıb. "Asus" şirkəti üçüncü yerdə qərarlaşıb.
 
Emil Hüseynov




03/11/14    Çap et