Mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə
Mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və “IMEI” nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır.
İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan cihazların “IMEI” nömrələrinin qeydiyyatda olması yoxlanacaq, qeydiyyatsız cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görüləcəkdir.
Mobil cihazların qeydiyyatını “www.imei.az”, “www.e-gov.az” saytlarında birbaşa və ya poçt şöbələrində aparmaq mümkündür.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi