Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” smartfonlarının populyarlığı son həddə çatıb


“Strategy Analytics” analitik şirkəti yazır ki, “Android” əməliyyat sistemi ilə işləyən smartfonların yüksək inkişaf mərhələsi artıq arxada qalıb, sözügedən platforma daha bazar payını artıra bilməyəcək.
 
Üçüncü rübdə “Android” mobil əməliyyat sisteminin bazar payı 84% təşkil edib ki, bu da ötən rüblə müqayisədə 1% aşağıdır.
 
“Strategy Analytics”in icraçı direktoru bildirib ki, “Android” platforması bu göstəricini ötməyə nail olmayacaq.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, üçüncü rübdə satılmış 100 smartfondan 12-si “Apple” aparatı olub, “Windows Phone” platformasının bazar payı 3%, “BlackBerry”də isə 1% olub.
 
 
Emil Hüseynov




03/11/14    Çap et