Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HP” şirkəti “ağıllı” saatını nümayiş etdirib
“HP” şirkəti “Chronowing” “ağıllı” saatını nümayiş etdirib. Qurğunun görünüşünü amerikalı dizayner Maykl Bastian hazırlayıb. Saatın dairəvi korpusu paslanmayan poladdan hazırlanıb.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “MB Chronowing Smartwatch”ın qiyməti 350 dollar təşkil edir. Həmçinin sapfir şüşə və timsah dərisindən qayışla olan modellər əlçatandır. 300 ədəd belə saat satışa çıxarılacaq və hər birinin qiyməti 650 dollar təşkil edəcək.
“HP”-nin “ağıllı” saatlarında daxili mikrofon və dinamik yoxdur: cihaz bütün hadisələr (daxil olmuş zənglər, SMS, elektron poçt mesajları və sairə) haqda vibrasiya ilə məlumat verir. “Ağıllı” saat “iPhone 4S” və ya “Apple”ın əvvəlki smartfonları, həmçinin “Android 4.3” və sonrakı versiyaları quraşdırılmış smartfonlarla işləyə bilər.
Emil Hüseynov
03/11/14 Çap et