Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yüksək Texnologiyalar Parkı”nda “500 Startups”-ın təsisçisi və sərmayə tərəfdaşının iştirakı ilə “startup”-larla görüş keçiriləcək


Cari ilin 3 noyabr tarixində “Yüksək Texnologiyalar Parkı”nın (YTP) “Pi Campus”  Biznes İnkubasiya Mərkəzində “500 Startups”-ın təsisçisi Dave McClure və sərmayə tərəfdaşı Hasan Haiderin iştirakı ilə “startup”-larla görüşü nəzərdə tutulub. “500 Startups” erkən əsaslı investisiya və inkubator proqramı olaraq öz fəaliyyətini istehlakçı və kiçik və orta internet “startup”-lara yönləndirib.
 
Proqramın maraq dairəsinə maliyyə xidmətləri və e-ticarət; axtarış, sosial və mobil platformalar; şəxsi və biznes məhsuldarlıq; təhsil və dil; ailə və səhiyyə və veb infrastrukturu kimi istiqamətlər daxildir. “Startup”-larla görüş iki fərqli sessiya şəklində olacaq.
 
Birinci sessiya panel formasında başlanıb, daha sonra sual-cavab formatında davam edəcək.
 
Nahar fasiləsindən sonra “500 Startups” qurucuları ilə özəl piçinq sessiyası təşkil olunacaq.
 
Bu vaxtda “startuplar” öz layihələrini Dave McClure və Hasan Haider`yə təqdim edərək, onların layihələr haqqında dəyərli fikirlərini öyrənəcəklər. Özəl piçing sessiyalarına qatılmaq istəyən “startup”lar e-mail (aslanov@hightech.az) ilə müraciət edə bilərlər.
 
 
 
Həqiqət İSABALAYEVA




03/11/14    Çap et